“Oskar” almış məşhur bakılı rejissor vəfat etdi

Bakılı kinorejissor koronavirusdan 82 yaşında dünyasını dəyişib.

ONN media  xəbər verir ki, Rusiyanın Xalq artisti, aktyor, kinorejissor, ssenarist, pedaqoq, prodüser Vladimir Menşov bu gün koronavirusdan ölüb. 

Bu barədə “Mosfilm”in saytında xəbər verilir. 

Qeyd edək ki, Vladimir Menşov 1939-cu ilin 17 sentyabrında Bakıda İçərşəhərdə anadan olub. 

O, “Moskva göz yaşlarına inanmır” filminə görə “Oskar”, habelə “SSRİ dövlət” mükafatına layiq görülüb.