ONN İnformasiya Agentliyi

Osman Sınav Azərbaycanla bağlı film çəkəcək

Osman Sınav Azərbaycanla bağlı film çəkəcək
04 Mart 2021 - 16:33

Türkiyənin “Sineqraf” kino şirkətinin rəhbəri, rejissor Osman Sınav Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşündən danışıb.

ONN media  xəbər verir ki, rejissor görüşdə mühüm məsələlərlə bağlı fikir mübadiləsi aparıldığını deyib.

“Hazırda Qafqaz İslam Ordusunun köməyi ilə Bakının azad edilməsindən sonra Azərbaycanın Türkiyədəki Qurtuluş savaşına yardımı və dəstəyi mövzusu ilə bağlı ciddi layihə üzərində işləyirik. Təbii ki, layihə reallaşdırıldığı zaman həm Azərbaycan, həm də Türkiyə telekanallarının öz dəstəklərini əsirgəməyəcəklərindən əminəm”, – O.Sınav bildirib.

Qeyd edək ki, O.Sınav Türkiyədə və dünyada populyarlıq qazanan bir çox film və teleserialların rejissorudur. O, “Dəli ürək”, “Qurdlar vadisi”, “Sən anlat, Qara dəniz” və s. məşhur teleserialları ərsəyə gətirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png