ONN İnformasiya Agentliyi

Övladına toy edən korona xəstəsi saxlanıldı

Övladına toy edən korona xəstəsi saxlanıldı
23 İyul 2021 - 14:14

Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Qırılı kənd sakini olan bir xanımın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanda övladı üçün toy mərasimi təşkil etməsi və beləliklə məclis iştirakçılarının sağlamlığını ciddi təhlükəyə atması aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gələrək qanunamüvafiq tədbirlər həyata keçirib. Tibbi prosedurlar gözlənməklə həmin xanım xəstəxanaya yerləşdirilib.

Faktla bağlı polis şöbəsində araşdırmalar davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png