ONN İnformasiya Agentliyi

Pandemiya uzun müddət… – BƏDBİN PROQNOZ

Pandemiya uzun müddət… – BƏDBİN PROQNOZ
20 Yanvar 2021 - 3:14

Koronavirus pandemiyasının nəticələri növbəti 3-5 il ərzində də dünya iqtisadiyyatının inkişafına maneə törədəcək.

ONN media  xəbər verir ki, Dünya İqtisadi Forumunun ekspertləri belə bir proqnozla çıxış ediblər. Qurumun dərc etdiyi “Qlobal Risklər üzrə Hesabat 2021” (Global Risks Report) adlı sənəddə bir sıra bədbin proqnozlar yer alıb.

Hesabat müəlliflərinin qənaətincə, növbəti 5-10 il ərzində insanlar arasındakı sosial bərabərsizlik arta bilər. Bununla yanaşı, ekspertlər geosiyasi sabitsizliyin də artacağını gözləyirlər.

“Pandemiya qarşıdan gələn 3-5 il ərzində spekulyativ köpüklər, qiymət dəyişiklikləri, borc böhranı və İT-infrastrukturun məhvi kimi fəsadlara gətirib çıxara bilər”, -deyə sənəddə bildirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png