ONN İnformasiya Agentliyi

Pandemiyada ən təhlükəsiz ölkələr açıqlandı

Pandemiyada ən təhlükəsiz ölkələr açıqlandı
27 Aprel 2021 - 18:22

COVID-19 pandemiyasında ən təhlükəsiz ölkələrin siyahısı açıqlanıb.

ONN media  xəbər verir ki, müvafiq araşdırma “Bloomberg” agentliyi tərəfindən aparılıb.

“Yeni Zelandiya Herald” qəzetinin yazdığına görə, Sinqapur birinci yeri tutub. Ölkə daxilində yüksək vaksinasiya və infeksiyaya təsirli nəzarət tədbirləri mövcuddur. İkinci yerdə cüzi geriləmə ilə Yeni Zelandiya dayanır.

Ölkələrin bu reytinqdəki mövqeyi ümumi xəstəlik sayı, ölüm nisbəti, test edilmiş insan sayı və vaksinasiya dərəcəsi hesablanaraq müəyyən edilib.

Bu kriteriyalar üzrə Sinqapur 79,7, Yeni Zelandiya 79,6 bal toplayıb. Liderlər arasında Avstraliya (76,2 xal) və İsrail (74,9 xal) də var.

Rusiya bu reytinqdə 60,9 bal toplayaraq 22-ci yerdə qərarlaşıb. Ümumilikdə siyahıya dünyanın 53 ölkəsi daxil edilib. Argentina 41,4, Polşa 40,6, Braziliya 39,1 xal toplayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png