ONN İnformasiya Agentliyi

Paşinyanın məmurları Zəngəzura gizli gəlir

Paşinyanın məmurları Zəngəzura gizli gəlir
07 Aprel 2021 - 13:52

Baş nazir Nikol Paşinyanın ötən ilin dekabrında Zəngəzur vilayətinə (Sünik) uğursuz səfərindən sonra hakimiyyət nümayəndələri həmin bölgəyə açıq şəkildə səfər edə bilmirlər.

ONN media xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Bildirilib ki, məmurlar Zəngəzura gizli şəkildə səfər etməyə üstünlük verir.

Mövzunu davam etdirən Ermənistan mətbuatı əlavə edir ki, Baş nazirin müşaviri Araik Arutyunyan və ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan 1-3 aprel tarixlərində Zəngəzura ezam olunublar.

Məmurlar bölgədəki partiya fəalları ilə görüş keçirib, seçkiqabağı təşkilati məsələləri müzakirə ediblər. İddialara görə, yarana biləcək hər hansı problemin qarşısının alınması məqsədilə görüşlər gecə keçirilib.

Ancaq maraqlısı budur ki, Paşinyanın adamları yerli məmurlar və şəhər meri ilə görüşməyə lüzum görməyib. Arutyunyan və Papikyanı “Mənim addımım” blokunun deputatı Karen Ambartsumyan öz evində qəbul edib. Deputat məmurların səfərlərini təkzib etməsə də, səfərin məqsədi barədə məmurların özlərinə müraciət etməyi məsləhət görüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png