ONN İnformasiya Agentliyi

Polisdən qaçarkən 10 maşını əzən sürücü ilə bağlı qərar verildi

Polisdən qaçarkən 10 maşını əzən sürücü ilə bağlı qərar verildi
18 Mart 2022 - 12:40

Bakıda yol polislərinin “dayan” əmrinə tabe olmayaraq digər avtomobillərə zərər vuran Kamran Cəbrayılzadə ilə bağlı qərar verilib.

“Volkswagen Passat” markalı maşının sahibi K.Cəbrayılzadə barəsində istintaq yekunlaşaraq işə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə K.Cəbrayılzadə 2 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sürücü apellyasiya şikayəti verib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında baş verib. K.Cəbrayılzadə polisdən qaçmaq istəyərkən süni sıxlıq yaradıldığını görüb, maşını digər avtomobillərə çırpıb. Bu zaman 10-a yaxın avtomobilə maddi ziyan dəyib. Avtoxuliqanlıq edən şəxs vətəndaşların köməkliyi ilə saxlanılıb.

K.Cəbrayılzadə hadisəni narkotik vasitənin təsiri altında törətdiyini bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png