ONN İnformasiya Agentliyi

Polşada Hitlerin gizlətdiyi xəzinə tapılıb

Polşada Hitlerin gizlətdiyi xəzinə tapılıb
23 May 2022 - 14:03

Hitler ordusunun zabiti Eqon Olenhauerin gündəliyinə əsasən İkinci Dünya müharibəsi zamanı sovetlər tərəfindən ilhaq edildikdən sonra Adolf Hitler Üçüncü Reyxin fürerini qızıl sikkələr, qızıllarla dolu 260 yük maşını müasir Polşada 26 yerdə gizlətməyi əmr edib. İndi həmin xəzinələrin axtarışı gedir. 

Xəzinənin gizləndiyi yerlərlə bağlı yeni məlumatlar əldə edilib.

ONN media xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Mətbu orqanının yazdığına görə, bir qrup xəzinə ovçusu köhnə Polşa sarayının ərazisində İkinci Dünya müharibəsi zamanı nasistlər tərəfindən gizlədilən zinət əşyalarının ola biləcəyi metal konteyner tapdıqlarını bildiriblər.  
Xəzinə ovçuları Polşanın  cənubunda Minkovsk yaşayış məntəqəsində tərk edilmiş sarayın ərazisində 3 metr dərinlikdə basdırılmış uzunluğu 1,2-1,5 metr, diametri təxminən 50 santimetr olan dəmir qutu tapıblar. Kəşf georadarın axtarışı nəticəsində baş verib. Bu Minkovskda axtarılan xəzinənin yalnız bir hissəsidir.  

Xəzinə axtaranlar hesab edir ki, bu gizlədilən 48 sandıqdan biridir.

Polşanın cənubunda qazıntıların başlanması ötən il aprelin sonunda məlum olub. Nasistlərin əxlaqsızlıq yuvası kimi istifadə etdiyi binanın altında başqa şeylərlə yanaşı, Breslau qızılı deyilən qızıllar – qiymətli kağızlar, sənət əsərləri, muzey kolleksiyaları, sənədlər və suya davamlı qutulara yığılmış digər qiymətli əşyalar gizlədilib. 

Xəzinə ovçuları orada on ton qızıl tapmağa ümid edirlər. Xəzinələr təxminən 700 milyon dollar dəyərində qiymətləndirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png