ONN İnformasiya Agentliyi

Qadını döyüb pulunu və qızıllarını ələ keçirdi

Qadını döyüb pulunu və qızıllarını ələ keçirdi
13 Oktyabr 2021 - 13:58

Abşeron rayonu Ceyranbatan qəsəbəsində qadına qarşı quldurluq edilib. Zərərçəkən şəxs Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə müraciət edərək tanımadığı şəxsin ona yaxınlaşaraq əxlaqsız təklif etdiyini buna razı olmadıqda isə aralarında yaranan münahisə zamanı onu döyüb və hədə-qorxu gəldiyini bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumat görə, hadisə zamanı həmin şəxs qadının üzərində olan 35 manatı, 1 ədəd boyunbağını və 1 ədəd üzüyü ələ keçirərək hadisə yerindən qaçıb.

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş şikayət əsasında həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Rahib Abuzərov saxlanılıb. O, izahatında etdiyi əməli etiraf edib və hadisə zamanı zərərçəkən qadından götürdüyü əşyaları polis əməkdaşlarına təhvil verib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png