ONN İnformasiya Agentliyi

“Qarabağ” “Aşdod”un müqavimətini qıra bilmədi

“Qarabağ” “Aşdod”un müqavimətini qıra bilmədi
22 İyul 2021 - 23:04

“Qarabağ” Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayıb.

ONN media  xəbər verir ki, Qurban Qurbanovun yetirmələri İsrail təmsilçisi “Aşdod”la görüşüb. Premyer Liqanın vitse-çempionu ilk matçı evdə keçirib.

İlk dəqiqələrdən üstünlüyə yiyələnən “Qarabağ” rəqib qapısına ardıcıl hücumlar təşkil etsə də, israillilərin müqavimətini qıra bilməyib. Bu azmış kimi, Qurbanovun yetirmələri qarşılaşmanı azlıqda bitirib. Matçın sonlarında Maksim Medvedev qırmızı vərəqə alaraq komandanı azlıqda qoyub. Bununla da “Qarabağ” mövsümə qolsuz sülhlə başlayıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 29-da İsraildə baş tutacaq.

Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyun

22 iyul

20:00. “Qarabağ” (Azərbaycan) – “Aşdod” (İsrail) – 0:0

Qırmızı vərəqə: Maksim Medvedev, 83

Baş hakim: Sergey Boyko (Ukrayna)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png