ONN İnformasiya Agentliyi

Qarabağda dəhşətli partlayış

Qarabağda dəhşətli partlayış
04 Mart 2021 - 11:12

Rusiya sülhməramlı kontingentinin mühəndis bölməsinin heyəti Dağlıq Qarabağ ərazisində tapılan partlayıcı sursatların məhv edilməsi üzrə işləri davam etdirir.

ONN media  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən gün ərzində “Ballıca” xüsusi poliqonunda Rusiya hərbçiləri mina və müxtəlif çaplı top mərmiləri daxil olmaqla, 128 sursatı zərərsizləşdirib. Partlatma əməliyyatı zamanı lazımi təhlükəsizlik tədbirləri təmin olunub.

Hər gün Rusiya sülhməramlı kontingentinin 10-a yaxın hərbçisi zərərsizləşdirmə işinə cəlb olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png