Qarda yıxılaraq xəsarət alanların yeni sayı açıqlandı

Fevralın 24-dən etibarən saat 13.00-a olan məlumata görə ümumilikdə 71 nəfər (38kişi, 33 qadın) hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə ONN media -ya Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Qeyd olunub ki, yaralılardan 6-na yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.