ONN İnformasiya Agentliyi

Qaribaşvili Gürcüstan müsəlmanlarını təbrik etdi

Qaribaşvili Gürcüstan müsəlmanlarını təbrik etdi
12 Aprel 2021 - 23:29

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ramazan ayının başlaması münasibətilə ölkənin müsəlman vətəndaşlarını təbrik edib.

Hökumət başçısı müsəlmanlara inam, səbir və müqəddəs ayı layiqincə başa vurmağı arzulayıb.

“Mən sizin bizim ümumi vətənimizin ictimai həyatına və onun gələcək inkişafına verdiyiniz böyük töhfəni çox yüksək qiymətləndirirəm. Sizin unikal mədəniyyət və ənənələriniz Gürcüstanın zənginliyidir, onun müxtəlifliyinin ayrılmaz hissəsidir”, – İ.Qaribaşvili deyib.

Baş nazir müsəlman vətəndaşlara və onların ailə üzvlərinə cansağlığı, firavanlıq və əmin-amanlıq arzulayıb.

Məlumat üçün qeyd edək ki, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin yaydığı təqvimə görə, Ramazan ayı 14 aprel tarixində başlayır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png