ONN İnformasiya Agentliyi

QMİ-dən Həcc ziyarəti ilə bağlı VACİB AÇIQLAMA

QMİ-dən Həcc ziyarəti ilə bağlı VACİB AÇIQLAMA
14 Dekabr 2021 - 16:44

“Gələn il Azərbaycandan Həcc ziyarəti səfərlərinin baş tutacağı gözlənilir”.

ONN media xəbər verir ki, bunu “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Nəcəfov deyib.

O bildirib ki, hələlik Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən QMİ-yə Həcc ziyarəti barədə məktub daxil olmayıb: “Lakin gələn ilin yanvar ayından sənəd qəbuluna başlanıla bilər”.

Xatırladaq ki, Azərbaycanda rəsmi olaraq Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.

Qeyd edək ki, son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png