ONN İnformasiya Agentliyi

Qonşu ölkədə Delta” ştammının ən təhlükəli variantı aşkar olundu

Qonşu ölkədə Delta” ştammının ən təhlükəli variantı aşkar olundu
29 Oktyabr 2021 - 23:09

Rusiyada koronavirusun “Delta” ştammının yeni və daha təhlükəli variantı hesab olunan AY.4.2 variantı tapılıb.

ONN media xəbər verir ki, COVID-in yeni mutasiyası hələ ki, beş nəfərdə müşahidə olunub.

Bu virusun ənənəvi “Delta” ştammından törədiyi və daha təhlükəli olduğu bildirilib.

Xatırladaq ki, Rusiyada son on gün ərzində koronavirusdan ölənlərin sayında rekord göstəricilər qeydə alınır. Pandemiya müddətində ən yüksək sutkalıq ölüm halı isə 1 163 nəfər olmaqla məhz bu gün baş verib.

Bəzi ekspertlər son günlərdə qonşu ölkədə virusun qurbanı olanların sayının kəskin artmasını AY.4.2 variantının yayılması ilə əlaqələndirirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png