ONN İnformasiya Agentliyi

Rusiya Şuşaya atılan “İsgəndər-M”lə bağlı araşdırmalara başlayıb

Rusiya Şuşaya atılan “İsgəndər-M”lə bağlı araşdırmalara başlayıb
13 Aprel 2021 - 14:34

“Rusiya və Azərbaycan hərbçiləri Bakının Dağlıq Qarabağda “İsəgəndər-M” raketlərinin qalıqlarının tapılmasına dair yaydığı məlumatlara bağlı müzakirələr aparırlar”.

ONN media  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığında “İsgəndər”in qalıqlarının tapılması mövzusunun qaldırılıb-qaldırılmadığına dair sual cavablandırarkən bildirib.

“Hərbçilərin xətti ilə sıx dialoq aparılır. Bütün müvafiq məsələlər müzakirə olunur”, – o deyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib ki, rusiyalı həmkarı Vladimir Putinlə Şuşada “İskəndər-M” raketlərinin qalıqlarının tapılması barədə müzakirə aparıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png