ONN İnformasiya Agentliyi

Rusiya Türkiyəyə görə 7 milyard itirəcək    

Rusiya Türkiyəyə görə 7 milyard itirəcək    
29 Aprel 2021 - 20:59

Rusiyanın aviasiya bazarı Türkiyəyə uçuşların məhdudlaşdırılmasından 6-7 milyard rubl (9 milyon 429 min dollar) vəsait itirəcək.

Bu fikri Rusiyanın “Vnukovo” hava limanının sahiblərindən biri Vitali Vantsev jurnalistlərə bildirib.

O qeyd edib ki, aviasiya bazarı ay yarım ərzində 6-7 milyard rubl vəsait itirəcək. May ayı kurort mövsümünün qızğın çağı olmadığından, ən böyük itkilərin iyun-iyul aylarına təsadüf edəcəyi gözlənilir.

Xatırladaq ki, Rusiya koronavirus pandemiyası ilə əlaqədar aprelin 15-dən iyunun 1-dək Türkiyəyə aviauçuşları məhdudlaşdırıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png