ONN İnformasiya Agentliyi

Rusiyanın ən varlı deputatı həbs edildi

Rusiyanın ən varlı deputatı həbs edildi
01 Mart 2021 - 15:13

Rusiya Dumasının Saxalin vilayətinin milyarder deputatı Dmitri Paşov həbs olunub.

ONN media  xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər agentliyi məlumat yayıb.

“Məhkəmə Paşova iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Deputat aprelin 26-dək istintaq təcridxanasına göndəriləcək, hələlik isə o, Xabarovsk istintaq təcridxanasında qalacaq, sonrası müstəntiqin qərarından asılıdır”, – deyə məhkəmədən bildiriblər.

Paşov 26 fevralda Xabarovsk şəhərinə işgüzar səfərə gedərkən mühakimə müddəti artıq bitmiş köhnə bir iş üzrə dindirilmək üçün çağırıldığı zaman saxlanılıb.

Ötən ilin sentyabrında “Forbes” Paşovu Rusiyanın ən varlı deputatı elan edib. 2019-cu ilin sonunda Paşov ailəsinin gəliri 6,2 milyard rubl olaraq qiymətləndirilib.

Millət vəkili Uzaq Şərqin ən böyük xərçəng ovçularından biri olan “Moneron” müəssisəsinə rəhbərlik edir. Şirkətin gəliri 2019-cu ilin sonunda 7,97 milyard rubl təşkil edib.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png