ONN İnformasiya Agentliyi

Rusiyanın ən yaxşı maaş təklif olunan şəhərləri – SİYAHI

Rusiyanın ən yaxşı maaş təklif olunan şəhərləri – SİYAHI
19 Fevral 2021 - 19:48

“Rabota.ru” Rusiyada ən çox maaş təklif olunan şəhərlərin siyahısını hazırlayıb.

Sorğu əsasında hazırlanan siyahıya paytaxt Moskva başçılıq edir.

Respondentlərin 86 faizi Moskvada işəgötürənlərin ən yüksək qiymətləri təklif etməsilə razılaşıb.

İkinci yeri 29% səslə “şimali paytaxt” Sankt-Peterburq tutub. Eyni zamanda, bəzi respondentlər Sankt-Peterburqun təhsildə (təxminən 77 min rubl), nəqliyyat və logistikada (102 min rubl) ən yaxşı əmək haqqına sahib olduğuna inanırlar.

Novosibirsk 7% ilə üçüncü yerdədir. Şəhər bank, maliyyə və investisiya sahəsindəki gözləntilər baxımından liderdir (110 min rubl).

Yekaterinburq və Kazan da müvafiq olaraq 7 və 6% ilə ilk beşlikdə yer alıb.

Digər şəhərlərlə müqayisədə, Krasnoyarskda ən yüksək maaş (116 min rubl) istehsal və sənaye sahəsində müraciət edənlərə, Krasnodarda isə inşaatçılara (təxminən 124 min rubl) təklif edilir.

Mütəxəssislər Moskvanın bütün sahələrdə lider olmadığını qeyd edir. Belə ki, restoran sektorunda paytaxtı 68 min rubl maaş ala biləcəyiniz Soçi dənizkənarı şəhəri ötüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png