ONN İnformasiya Agentliyi

Şəhər merinin yanlış bir hərkəti vətəndaşı 362 min dollar varlandırdı

Şəhər merinin yanlış bir hərkəti vətəndaşı 362 min dollar varlandırdı
28 Aprel 2022 - 13:28

Bir yapon səhvən şəhərinin bütün sakinləri üçün ayrılan COVID-19 müavinətləri alıb. 

ONN media xəbər verir ki, bu barədə yerli “Sora News” mətbu orqanı yazıb. 

Mətbu orqanının yazdığına görə, hadisə təxminən 3300 nəfər əhalisi olan kiçik Əbu şəhərində baş verib. Koronavirusla bağlı 463 ailə maddi yardım üçün müraciət edib, lakin bütün pullar səhvən bir adamın hesabına daxil olub. Nəticədə həmin şəxs  46,3 milyon yen (362 min dollar-red) zənginləşib.

Rəsmilər yaponla əlaqə saxlayaraq səhvi bildirdikdə, o, bütün vəsaitləri başqa bir maliyyə təşkilatındakı hesaba köçürdüyünü bildirib. Şəhərin meri Norihiko Hanada sakinlərdən üzr istəyib və müavinətlərin tam ödəniləcəyini bildirib.

Hazırda Əbu şəhər administrasiyası hansı addımları atacaqları ilə bağlıpolis və hüquqşünaslarla məsləhətləşir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png