ONN İnformasiya Agentliyi

Saat alarkən bunlara diqqət edin

Saat alarkən bunlara diqqət edin
25 Aprel 2022 - 10:32

Qol saatı əksər insanlar üçün böyük əhəmiyyət daşıyır. Gündəlik həyatımızda bizimlə olan saatlar üslubumuzun və həyatımızın izlərini daşıya bilər. Ona görə də biz saat alarkən bu detalları düşünür və ona uyğun hərəkət edirik. 

Bəs keyfiyyətli saat almaq üçün nələrə diqqət etməliyik?

ONN media keyfiyyətli saatın xüsusiyyətlərini təqdim edir:

Materialın keyfiyyəti ən önəmli faktordur. Saat alarkən onu biləyinizə taxdığınız zaman toxunaraq yoxlayın. Çünki gözə görünməyən hər hansı bir qüsur varsa, dərhal nəzərə çarpacaq.

Mükəmməl səsi olmalıdır. Gündəlik həyatda qol saatlarının səsini eşitmirik. Ancaq saatı qulağımıza qoyub dinlədiyimiz zaman eşitdiyimiz səs bizə onun keyfiyyəti haqqında çox şey deyir. Saatın səsi mexaniki hissənin aydın göstəricisidir.

Qol saatının keyfiyyətini ifadə edən mühüm detallardan biri də onun şüşəsidir. Şüşənin siferblatla birləşdiyi hissəyə də xüsusi diqqət yetirin. Çünki şüşə və siferblat iki fərqli parça kimi görünməməli, monolit təsvir yaratmalıdır.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png