ONN İnformasiya Agentliyi

Sabiq nazir canlı yayımda deputata şillə vurdu

Sabiq nazir canlı yayımda deputata şillə vurdu
11 İyun 2021 - 12:47

Pakistanlı sabiq nazir canlı yayımda millət vəkilinə şillə vurub.

ONN media xəbər verir ki, hadisə yerli televiziyalarda birindəki canlı yayımda  baş verib.

Belə ki, Pakistanın sabiq İnformasiya və Yayım naziri Firdus Aşiq Avan canlı yayımda mübahisə etdiyi Pakistan Xalq Partiyasının deputatı Kadir Məndukhələ şillə vurub.

Hazırda Pəncab Baş nazirinin Məlumat və Mədəniyyət üzrə Xüsusi Köməkçisi Firdus Aşiq Avan  özünə qarşı korrupsiya ittihamlarına qəzəblənərək belə bir addım atıb.

Daha sonra sabiq nazir sosial şəbəkələrdə K.Mandukhelin yayımdan sonra sosial şəbəkə hesabında paylaşım edərək videonun tam versiyasının yayımlanmadığını bildirib:

“Canlı yayım zamanı Pakistan Xalqlar Partiyası millət vəkili Qadir Mandukhel məni təhdid etdi.

Təhqiramiz ifadələr işlədərək mərhum atamı və məni təhqir etdi. Özümü qorumaq üçün həddindən artıq bir addım atmaq məcburiyyətində qaldım”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png