ONN İnformasiya Agentliyi

Şabranda bacısını öldürən qardaşın məhkəməsi başlayır

Şabranda bacısını öldürən qardaşın məhkəməsi başlayır
29 Mart 2022 - 11:25

Şabranda qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Bu barədə  rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2021-ci il dekabrın 4-də rayonun Çaraq kənd sakini, 1998-ci il təvəllüdlü Nəcibə İsayevanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Şabran Rayon Prokurorluğunda başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Aparılan istintaqla zərərçəkmişin qardaşı, 1992-ci il təvəllüdlü Rüfət Quliyevin birgə yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Nəcibə İsayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rüfət Quliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png