ONN İnformasiya Agentliyi

ŞAD XƏBƏR: Bu tələbələrin təhsil haqlarını dövlət ödəyəcək

ŞAD XƏBƏR: Bu tələbələrin təhsil haqlarını dövlət ödəyəcək
05 May 2021 - 14:14

“Cənab Prezidentin müvafiq tapşırığı əsasında sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin yarımillərə aid təhsil haqqı xərclərinin ödənilməsinə dair Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara dəyişiklik edildi. 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək”.

ONN media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində yazıb.

Nazir bildirib ki, bu məqsədilə 14 milyon manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, 2019/2020-ci tədris ilinin 2-ci yarımilində 15 209, 2020/2021-ci tədris ilinin 1-ci yarımilində 15 900 nəfərin təhsil haqqı ödənilib: “2020-ci ildə ümumilikdə 20 800 tələbə bu imkandan yararlanıb”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png