ONN İnformasiya Agentliyi

Sadiq Qarayevin kitab təqdimatı oldu

Sadiq Qarayevin kitab təqdimatı oldu
22 Yanvar 2022 - 18:59

AMEA Nəsimi adına Dilçilik institutunun təşkilatçılığı ilə kitablarımıza həsr edilmiş möhtəşəm tədbir idi, çox xoşuma gəldi.

Təqdimatdan, müzakirədən daha fərqli, yeni bir üslubda ürək açan elmi, bədii, fəlsəfi və ictimai yüklü yığıncaq deyərdim. Eynilə Sahilsiz Təzadlar, Sahibsiz Kölgələr və Sarvansız Zamanlar kitablarının mahiyyətinə bənzər.

Prof. Nadir Məmmədli (Dilçilik inst. dr.) Sahibsiz kölgələrdən elə şeylər danışdı ki, alimin ümumiləşdirmə, əsəri elmi təhlil peşəkarlığına heyran qaldım.

Natiq Allahverdiyev (Mərkəzi Nəbatat Bağı dr) ədəbiyyat və biologiya elmlərinin vəhdətindən danışdı.

Millət vəkili Sadiq Qurbanovun çıxışı elm, ədəbiyyat, ictimai düşüncələrin milli dövlətçilik şüuru prizmasından mükəmməl analizi idi. Hər dəfə sosial şəbəkə vasitəsilə fəaliyyətini izlədiyim, seçiciləri və Milli Məclis qarşısında vəzifələrini layiqincə yerinə yetirən sadə insan, burada da sadə və özünə layiq davranışları ilə diqqətimi çəkdi.

Millət vəkili Iltizam Yusifov  öz çıxışında xüsusi diqqətimi çəkən, tədbirdə faydalı fikir kimi yadımda qalan mülahizələri oldu. Canlı təbiətdəki süturuktur qurluşların cəmiyyətlə müqayisəsi, harmoniya və oxşarlığı barəsində dedikləri Sahilsiz təzadlar romanının ruhuna uyğun idi və çıxışçının cəmiyyət və təbiəti vəhdətdə görə bilməsi intellekt səviyyəsinin göstəricisi idi.

Prof. Ismayil Kazimov kitablarda mətn quruluşu ilə bağlı elmi, fəlsəfi analizlərini, tədqiqat səviyyəli çıxışı ilə çox şey öyrətdi.

B.ü. e. d. Həsən müəllimin çıxışı təbiət elmləri ilə bağlı biliklərin bədii təxəyüllə ifadəsi zamanı ortaya çıxan əsərlərin özünəməxsus xüsusiyyətlərindən danışdı.

Fü.ü.f.d., dilçi alim, Şahlar Göytürkün çıxışı səmimiliyi, alim və ictimai düşüncə sahibi, ziyalı kimi çox xoşuma gəldi. Əsl alim deyərdim.

B.ü.f.d, dosent Asif Mehraliyev əziz dostum, çıxışıyla onun haqqında düşündüyüm təbiətşünas alim- filosof fikirini təsdiqlədi.

Ondan həmişə öyrənirəm.

Ağsaqqal ziyalımız   Elirza Xelefli  Sahibsiz kölgələr romanı haqqındaki fikirləri, mətindəki cümlələri aforizm səviyyəsində qiymətləndirməsi, kitabların adları haqqında yürütdüyü fikirlər real qiymətləndirmə idi.

Arzu Heydərova xanımın ( yazar, qiraətçi) çıxışında kitablar haqqında yazıçı təfəkkürüylə təhlilləri, xüsusilə ” bir yazı yazmaq istəyirəm”, “And” esselərinin analizi, sonra isə mükəmməl qiraəti tədbirə fayda və məna baxımından yeni çalarlar qatdı.

S.e.ü.f d. disent Sənan Həsənovun kitablardakı ictimai – siyasi fikirlərin analizi, milli ideologiyamıza verdiyi töhvələr baxımdan qiyməti elmi əsaslarla izahlarından çox mətləblər öyrəndik.

Hüququşnas , yazar Latifa Oruc xanımın kitablatdakı hadisələrin, cinayət və cəza arasındakı əlaqələrdə problemlər barəsindəki fikirləri çox xoşuma gəldi.

Yazar Hecer Pashayeva xanımın kitablar, esse və hekayələrdəki yığcam ifadələrdə fikir mükəmməlliyi barədə dedikləri, yazıçının geniş təxəyyülündən xəbər verirdi.

Fə.ü.f.d, dosent Shölət müəllimin kitablardakı fəlsəfi fikirlərin qədim, şərq və intibah dövrü fəlsəfi düşüncələriylə müqayisəli analizindən öyrəndiyim məsələlər çox oldu.

Əziz dostum, ensklopedik bilik sahibi Alim Ismayilın (Sarvansız Zamanlar k. redak.) çıxışı  sadəliyi və yüksək intellektiylə mənə zövq verdi.

Yazar Məlahət Behbud Qızı Bəxtiyarova xanımın ədəbi əsərlər barəsindəki təhlillərindən yeni fikirlər öyrəndik.

Yazar Xuraman Zakirqızının çıxışı sonra isə dəyərli kitabını mənə hədiyyə etməsi qazanc oldu.

Kitaba ön söz yazmış hörmətli ziyalımız Akademik İsa Həbibbəyliyə, rəy yazmış prof. İsmayıl kazımova, rəssam Sehran Allahverdi  ,Nəzrin Qarayevaya , redaktorlar Əlisahib Hüseynli , Alim İsmayılov, Esmira Fərəcovaya, Dilçilik instutunun dir. prof. Nadir Məmmədliyə, Mərkəzi Nəbatat Bağının dr. Natiq Allahverdiyevə, bağın doğma, bağın kollektivlər içində mükəmməliyilə seçilən kollektivinə, Əziz dostum, tədbiri videoya çəkən Nicat Mamedova, tədbirdə iştirak edən hər bir kəsə , üzürlü səbəbdən gələ bilməyənlərə təşəkkürünü bildirir, dərin hörmətimi ifadə edirəm. Diqqət göstərə bilmədiyim, şəkil çəkdirmək, çıxış etmək istəyində olan, ancaq alınmayan dostlardan üzürlü saymalarını xahiş edirəm.

ALLAH hamınızdan razı olsun.

Sonsuz şükürlər olsun ALLAHA.

Sadiq Qarayev

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png