ONN İnformasiya Agentliyi

Şahlar Göytürk – ŞƏHİD ATASI

Şahlar Göytürk – ŞƏHİD ATASI
23 Sentyabr 2021 - 9:54

ŞƏHİD ATASI

  • Ziyarət elədim Şəhid evini,
  • Heç kimin ovqatı, kefi yox idi..
  • O köhnə daxmada, balaca evdə
  • Nə qədər adam var gözütox idi.
  • Axdı çeşmə kimi yaş yanağımdan,
  • Baxıb qürurlandım, Şəhid oğlutək.
  • Utandım əlimdə apardığımdan,
  • Düşündüm gedəydim əliboş gərək.
  • İlahi, kim kimə diləyir səbir
  • Döndü o daxmada ürəyim dağa.
  • Şəhid ailəsində qürura bax bir,
  • Təsəlli verirlər gələn qonağa…
  • Hiss etdim özümü Məkkədə, pirdə,
  • Çox yorma özünü yadda qalmasam.
  • Gələsi deyiləm bu evə bir də
  • Əlindən öpməyə layiq olmasam.
  • Bilirəm, çox şey var sənə çatası,
  • Onsuz da yanında əliboşam mən.
  • Səni kasıb sandım, Şəhid atası,
  • Bağışla, sənindir bu boyda Vətən!

Şahlar Göytürk

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png