ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: Azərbaycanlı kriminal avtoritet Rusiyada QƏTLƏ YETİRİLDİ

SON DƏQİQƏ: Azərbaycanlı kriminal avtoritet Rusiyada QƏTLƏ YETİRİLDİ
12 Aprel 2021 - 19:40

Rusiyada daha bir azərbaycanlı qanuni oğru qətlə yetirilib.

 ONN media xəbər verir ki, bu barədə “CrimeTime” məlumat yayıb.

Bildirilir ki, Moskvanın şimal-qərbində öldürülən şəxs cinayətkar cəmiyyətdə daha çox “Albert Rıjiy” kimi tanınan 40 yaşlı azərbaycanlı qanuni oğru Əli Heydərovdur.

Məlumata görə, cinayət hadisəsi bu gün günorta saatlarında mərhumun yaşadığı “Alıe Parusa” yaşayış kompleksinin fitness klubunda baş verib.

Qətl zamanı yaxınlıqda kriminal avtoritetin mühafizəçisi olub. Hazırda hadisə yerində polis əməkdaşları tərəfindən araşdırmalara başladılıb.

Xatırladaq ki, Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. “Albert Rıjiy” ləqəbi ilə məşhurlaşan Ə.Heydərov “qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. Ded Xasan klanında yer alan “Albert Rıjiy” Rusiyanın Şimal-Qərb regionu üzrə “smotryayuşi” təyin edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png