ONN İnformasiya Agentliyi

Sülhməramlılar ermənilərə qazan payladı

Sülhməramlılar ermənilərə qazan payladı
06 İyun 2021 - 15:53

Azərbaycanın Qarabağ bölgəsində yerləşən Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları köçkünlər və çoxuşaqlı ailələr üçün ünvanlı humanitar yardımların çatdırılmasını təşkil etdilər.

ONN media  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, humanitar aksiya zamanı Rusiya sülhməramlıları məcburi köçkünlərə və çoxuşaqlı ailələrə mətbəx əşyaları və qida məhsulları veriblər:

“Ümumilikdə, 150-dən çox ailə bu həftə rus sülhməramlılarından ünvanlı humanitar yardım aldı. Humanitar yardım mərkəzinin əməkdaşları ünvanlı yardım göstərməyə fərdi yanaşırlar. Sakinlərə əsas ehtiyaclar – uşaqlar və böyüklər üçün paltar və ayaqqabılar, yuyucu tozlar, yemək bişirmək üçün qaz piltələri, mətbəx qabları, yemək, yataq dəstləri, yastıqlar, yorğanlar, şəxsi gigiyena əşyaları, uşaq oyuncaqları, habelə fərdi tibbi vasitələr verilir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png