ONN İnformasiya Agentliyi

Sumqayıtda əməliyyat: 1 nəfər həbs olundu

Sumqayıtda əməliyyat: 1 nəfər həbs olundu
31 Yanvar 2021 - 16:03

Sumqayıt şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

ONN media   xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini İ.Səfərov şəhər ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 1 kiloqramdan artıq heroin, 1 kiloqram 230 qramdan artıq metamfetamin və 150 qram preqabalin götürülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png