ONN İnformasiya Agentliyi

Şuşa və Ağdama avtobus səfərlərinin QİYMƏTLƏRİ

Şuşa və Ağdama avtobus səfərlərinin QİYMƏTLƏRİ
18 Yanvar 2022 - 11:39

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanvarın 24-dən Bakıdan Şuşaya və Bərdəyə həyata keçirilməsi planlaşdırılan avtobus səfərləri üzrə biletlərin qiymətlərini açıqlayıb.

ONN media xəbər verir ki, bu barədə nazir müavini Rəhman Hümmətov məlumat verib.

Onun sözlərinə görə, səfərlər Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Hava Limanı-Şuşa və Bərdə-Ağdam istiqamətində səfərlər təşkil olunacaq: “Artıq sınaq səfərləri olub və müvafiq ölçmələr olub. Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə olacaq. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7, manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 7 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Büzuli Beyəlxalq Hava Limanı üzrə isə biletin qiyməti 6 manat olacaq. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png