ONN İnformasiya Agentliyi

Təhsil Nazirliyindən valideynlərə ÇAĞIRIŞ

Təhsil Nazirliyindən valideynlərə ÇAĞIRIŞ
26 Aprel 2021 - 16:09

Təhsil Nazirliyi valideynləri rus bölməsi üzrə I sinfə qəbul olmaq istəyən şagirdlərin müsahibələrinə müdaxilə etməməyə çağırıb.

Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov validenylərin müsahibələr zamanı uşaqlara kömək etməməsini məsləhət görüb.

“Onlar bununla övladını çaşdırır və psixoloji təzyiq edirlər. Valideynlər onlayn müsahibələrə qoşulmağa yardım edə bilərlər. Hər bir valideynin müdaxiləsi bizim işçilər tərəfindən bilinir. Bu, uşaqların nəticəsinin qənaətbəxş sayılmamasına səbəb ola bilər”, – o deyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png