ONN İnformasiya Agentliyi

Tələbənin sosial vəziyyəti ilə bağlı problemi varsa… – Nazir

Tələbənin sosial vəziyyəti ilə bağlı problemi varsa… – Nazir
02 Dekabr 2021 - 14:03

Təhsil Tələbə Kreditlərinin (TTK) verilməsi prosesi yeni başlayır.

ONN media  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, yüzlərlə tələbənin TTK-ya müraciət prosesi başa çatıb: “Təhsil Tələbə Kreditlərinin verilməsində problemlər 2 qismə bölünür. Sistem yeni olduğundan hər hansı bir çatışmazlıqların və yaxud nöqsanların olması gözləniləndir. İkinci qism problemlər isə anlaşılmazlıqla bağlıdır. Biz bildirmişik, tələbənin sosial vəziyyəti ilə bağlı problemi varsa, sosial kreditə müraciət etməlidir. TTK-nın verilmə şərtlərində qeyd olunur ki, tələbənin akademik göstəriciləri yüksəkdirsə, ona ödədiyi faizdə güzəşt olunur və yaxud məbləğdən azad olunur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png