ONN İnformasiya Agentliyi

Tarixi binada sökülən mansard yenidən tikilib

Tarixi binada sökülən mansard yenidən tikilib
19 Noyabr 2021 - 15:38

Bakının Nəsimi rayonu 28 May küçəsində yerləşən tarixi binada qanunsuz tikilən mansard yenidən müzakirə mövzusuna çevrilib.

Daha əvvəl sözügedən binanın damında tikilən mansard geniş tənqidlərə səbəb olmuş və etirazların ardından cari ilin aprel ayında Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən sökülmüşdü.

Lakin son günlər şəhər vətəndaşları həmin binanın üzərində yenidən mansard tikildiyinin şahidi olub. Fotoşəkillərdən məlum olur ki, yeni mansard binanın damının sağ tərəfində, bir qədər arxa hissəsində tikilib.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etdik. Qurumdan Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etməli olduğumuz deyildi vən bütün tikintiyə icazənin Memarlıq və Şəhərsalma idarəsi tərəfindən verildiyi deyildi.

Nəsimi Rayon İcra Hakimiyyətindən isə  mövzu ilə əlaqədar bizimlə əlaqə saxlanılacağı deyildi.

Qeyd edək ki, sözgedən memarlıq binası 1908-ci ildə milyonçu Musa Nağıyevin sifarişi ilə tikilib.(ölkə.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png