“Telegram”ın işində nasazlıq yarandı

“Telegram” mesencerinin stifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.

Bu barədə populyar internet resursların işini izləyən “Downdetector” portalı xəbər verir.

Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən Rusiya və Ukraynada qeydə alınıb.

Bildirilir ki, istifadəçilərin 43 faizi tətbiqin işində, 38 faizi ismarıcların göndərilməsində, 19 faizi isə serverə qoşulmada problemlərlə üzləşiblər.