ONN İnformasiya Agentliyi

Telman İsmayılovun saxlanılmasının səbəbi məlum oldu – Onu ömürlük həbs gözləyir

Telman İsmayılovun saxlanılmasının səbəbi məlum oldu – Onu ömürlük həbs gözləyir
02 Oktyabr 2021 - 11:25

Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən Çerkizovski bazarının keçmiş direktoru Telman İsmayılovun Monteneqroda saxlanılmasının səbəbi məlum olub.

ONN media xəbər verir ki, azərbaycanlı iş adamı bir neçə qətlin təşkilatında ittiham olunur. Qeyd olunur ki, söhbət iki iş adamı – Vladimir Savkin və Yuri Brılyovun 11 noyabr 2016-cı il tarixində öldürülməsindən gedir. Rusiyada Telman İsmayılovu ömürlük həbs gözləyir.

Bundan əlavə qeyd olunur ki, iş adamlarının öldürülməsindən başqa, T.İsmayılov müğənni Avraam Russonun 2004-cü ildə qaçırılmasında da ittiham olunur.

***

Məşhur biznesmen, Moskvada Çerkizovski bazarının keçmiş sahibi Telman İsmayılov saxlanılıb.

Azərbaycanlı iş adamı bu gün Monteneqroda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd olunur ki, ilkin məlumata görə, o, 2 sahibkarın qətlini təşkil etməkdə ittiham olunur. İsmayılova 11 noyabr 2017-ci ildə ittiham irəli sürülüb, azərbaycanlı iş adamının axtarışı İnterpol vasitəsilə həyata keçirilib. Bu ilin iyun ayında Monteneqro polisi Podqoritsa bölgəsində beynəlxalq həbs qərarı çıxarılan iki xarici vətəndaşı axtardıqlarını bildirib. Onlardan biri iş adamı Telman İsmayılov olub.

T.İsmayılov 2018-ci ildə Monteneqro vətəndaşlığı alıb.

Monteneqronun dövlət qurumları T.İsmayılovun saxlanılması barədə hələlik məlumat yaymayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png