ONN İnformasiya Agentliyi

Türkiyəli deputatlar Qarabağa gələcək

Türkiyəli deputatlar Qarabağa gələcək
10 İyun 2021 - 17:33

Türkiyəli həmkarlarımızı Bakıya dəvət etdik. Mərhələli şəkildə növbəti dəfə Qarabağa səfər edəcəyik.

Bunu Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupuna daxil olan deputat Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, azərbaycanlı deputatların Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanla görüşü iki ölkə üçün gələcək planların həyata keçirilməsində mühim rol oynayacaq:

“Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan bizi qəbul etdi. Görüş zamanı iki ölkə arasında münasibətləri müzakirə etdik. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərliyi ilə Türkiyə Böyük Millət Məclisində iki ölkənin parlamentlərinin müvafiq komissiyaları arasındakı münasibətlərdən, əlaqələrin inkişafından və gələcək planlardan danışdıq. Qardaş ölkə Türkiyənin qanunvericiliyinin necə qəbul edildiyininin şahidi olduq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png