ONN İnformasiya Agentliyi

Türkiyənin ilk və yeganə Qadın əsərləri kitabxanası

Türkiyənin ilk və yeganə Qadın əsərləri kitabxanası
05 Mart 2022 - 21:51

1990-cı ildə istifadəyə verilən Qadın əsərləri kitabxanası və məlumat mərkəzi vəqfi Türkiyənin ilk və yeganə qadın mərkəzli arxiv və kitabxana xüsusiyyətini daşıyır.

ONN media xəbər verir ki, 1990-cı ildə istifadəyə verilən mərkəz“Qadınların keçmişini yaxşı bilmək, bu məlumatları tədqiqatçılara kollektiv olaraq təqdim etmək və bugünün yazılı sənədlərini gələcək nəsillər üçün qorumaq məqsədi ilə xidmət göstərir. 

Kitabxana arxivindəki kolleksiyalar Osmanlı dövründən bu günə qədər Türkiyədə qadınlara aid və ya onlarla əlaqəli əsər və sənədlərin yerləşdirilməsi baxımından əhəmiyyətli bir qurumdur. 

Mərkəzdə kitabxanaçılıq və arxiv işi ilə yanaşı konfrans, panel, seminar və beynəlxalq simpozium kimi bir çox tədbir təşkil olunur. Bu sayədə qadınlar tərəfindən istehsal olunan hər cür məlumat tədbirlər vasitəsilə təbliğ olunur.

İstanbulun Balat bölgəsində yerləşən kitabxana bu bölgənin populyarlığı artdıqca yerli və xarici turistlərin diqqətini çəkir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png