ONN İnformasiya Agentliyi

Türkmənistan Əfqanıstanla dəmiryolunun tikintisini bərpa etdi

Türkmənistan Əfqanıstanla dəmiryolunun tikintisini bərpa etdi
31 Avqust 2021 - 20:57

Türkmənistan ilə Əfqanıstan arasında “Kərki-İmamnazar-Akina-Andhoy” dəmir yolu sahəsində tikinti işləri bərpa olunub. Hazırda Əfqanıstanın “Akina-Andhoy” sahəsində texniki-sazlama işləri aparılır və yaxın zamanlarda başa çatdırılması nəzərdə tutulur.

ONN media xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat verib.

Məlumatda bildirilir ki, Türkmənistan Əfqanıstanda sülh və iqtisadi inkişaf yolunda əfqan xalqına hərtərəfli dəstək verməyə davam edir. Türkmənistanın Kabildəki səfirliyi, habelə Herat və Məzari-Şərifdəki baş konsulluqlar adi qaydada fəaliyyət göstərirlər.

Xatırladaq ki, “Kərki-İmamnazar-Akina-Andhoy” dəmir yolu magistralının tikintisinə 2014-cü il iyunun 6-da başlanılıb. Əfqanıstanda “Akina-Andhoy” dəmir yolunun 30 kilometrlik hissəsinin açılış mərasimi 2021-ci yanvarın 14-də keçirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png