ONN İnformasiya Agentliyi

ÜST-dən yeni COVID-19 dərmanı haqqında açıqlama

ÜST-dən yeni COVID-19 dərmanı haqqında açıqlama
15 Yanvar 2022 - 11:39

Birləşmiş Millətlər Təşkilatı daxilində işlərini davam etdirən Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri “Merck” əczaçılıq şirkətinin koronavirusa qarşı hazırladığı molnupiravir dərmanı barədə açıqlama yayıb. 

ONN media xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının ən önəmli mütəxəssislərindən biri olan və klinik idarəetmə bölməsini idarə edən Canet Diaz fevralın əvvəlində ÜST-ün molnupiravir adlı COVİD-19 dərmanına lisensiya verəcəyini deyib. 

Diaz qeyd edib ki, səlahiyyətlilərin hazırda dərman üzərində araşdırma aparır və çox güman ki, fevralın sonunda yekunlaşacaq.

Ümumdünya Səhiyyə Təşkilatı dünən isə “Eli Lilly” və “GlaxoSmithKline” tərəfindən hazırlanmış dərmanları müalicə variantlarına daxil etməyi təklif edib. Bu dərmanların həll yolu olmadığını da vurğulayan Diaz virusun müqavimətini izlədiklərini vurğulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png