Vətən müharibəsi şəhidi dəfn edildi

Vətən müharibəsinin şəhidi İxtiyar Əliyev anadan olduğu Goranboy rayonunda dəfn olunub.

Şəhid Goranboy rayonunun Goranlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində rayon İcra hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvüləri, döyüş yoldaşları və kənd sakinləri iştirak edib.

***

Vətən müharibəsinin şəhidi İxtiyar Əliyevlə vida mərasimi keçirilir.

Şəhidin nəşi Goranboy rayonunun, Goranlı kəndində yaşadığı evə gətirilib.

Şəhidimiz doğulduğu kənddə dəfn ediləcək.

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. Onun nəşi dünən tapılıb.