ONN İnformasiya Agentliyi

Vətən Müharibəsi şəhidinin adı verilən uşaq öldü

Vətən Müharibəsi şəhidinin adı verilən uşaq öldü
02 Sentyabr 2021 - 16:22

Vətən Müharibəsi şəhidi gizi Novruzlu Ümidin adını daşıyan bacısı oğlu balaca Ümid dünyasını dəyişib.

ONN media  xəbər verir ki, Ü.Novruzlunun şəhid olmasından sonra dünyaya göz açan bacısı oğlunda sonradan ürək qüsuru yarandığı və bu səbəbdən vəfat etdiyi bildirilir.

Qeyd edək ki, gizir Ümid Novruzlu 1992-ci il 7 iyunda Naxçıvan MR Babək rayonunda doğulub. 5 noyabr 2020-ci il tarixdə Şuşada şəhid olub.

Ümid Novruzlu ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarıyla təltif olunub.

Ü.Novruzlu evli, 2 uşaq atası idi.

Allah hər ikisinə rəhmət eləsin, doğmalarına səbr versin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png