ONN İnformasiya Agentliyi

Vampir rolu üçün 1897 nəfər axtarırlar

Vampir rolu üçün 1897 nəfər axtarırlar
23 Aprel 2022 - 1:52

İngiltərədəki mədəni əhəmiyyətli obyektləri dəstəkləyən Böyük Britaniyanın qeyri-kommersiya təşkilatı “Drakula” romanının ildönümü şərəfinə vampir qiyafəsi geyinəcək 1897 nəfər axtarır.

Ölkədəki 400-dən çox mədəni obyekti idarə edən İngiltərə irsi mayın 26-da XIII əsrə aid qotik Uitbi abbatlığında Brem Stokerin klassik romanı üçün ilham mənbəyi olan vampir qiyafəsi geyinən insanların sayına görə “Ginnes” rekordunu yeniləmək istəyir. Hazırkı rekord 2011-ci ildə Virciniya ştatında 1039 nəfərdən ibarət “vampir” qrupu tərəfindən müəyyən edilib.

Təşkilatçılar 1897-ci ildə çap olunan “Drakula” romanının nəşrinin 125-ci ildönümünü qeyd etmək üçün ümumilikdə 1897 nəfəri toplamaq niyyətindədir. Onların sözlərinə görə, “Ginnesin rekordlar kitabında” vampir geyimi sayılacaq detallara dair ciddi qaydalar var. Ona görə də bütün iştirakçılardan qara şalvar və ya yubka, qara ayaqqabı, qara jilet, qara plaş və ya qara palto geyinmələri və saxta dişlər taxmaları tələb olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png