ONN İnformasiya Agentliyi

Vikinqlərə məxsus nadir qızıl sırğa tapılıb

Vikinqlərə məxsus nadir qızıl sırğa tapılıb
06 Dekabr 2021 - 13:35

Danimarkada tədqiqatçılar XI əsrə aid qızıl sırğa tapıblar.

ONN media xəbər verir ki, sırğa Danimarka Milli Muzeyində sərgilənəcək.

Bildirilib ki, XI əsrə aid unikal qızıl sırğa əvvəllər Skandinaviya ölkələrində görülməyib. Sırğanın Bizans imperatoru tərəfindən onun himayəsində olan bir vikinqə şəxsən hədiyyə edildiyi güman olunur. Zərgərlik nümunəsinin Bizans və ya Misir mənşəli olması güman edilir. Bütün dünyada sadəcə 10-12 ədəd belə sırğa olduğu vurğulanıb.

“Vikinqlər səyahətlərdən qayıdan zaman evlərinə minlərcə gümüş sikkə gətirsələr də qızıl sırğa gətirməklərinə heç təsadüf olunmayıb”, – muzeyin müfəttişi Peter Pentz deyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png