ONN İnformasiya Agentliyi

“WhatsApp” bu yola əl atdı – BU TARİXDƏN SONRA…

“WhatsApp” bu yola əl atdı – BU TARİXDƏN SONRA…
20 Fevral 2021 - 22:04

“WhatsApp” sosial şəbəkəsi yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilərdə tətbiqinin funksiyalarını məhdudlaşdıracaq.

ONN media xəbər verir ki, bu barədə “Facebook” məlumat yayıb.

Bildirilib ki, istifadəçilər 15 may tarixinədək bu qaydaları qəbul etməyə bilər. Qeyd edilən tarixdən sonra isə “WhatsApp” tətbiqdən mesajları oxuma və göndərmə funksiyalarını məhdudlaşdıracaq. Bundan əlavə, 120 gündən sonra messencer yeni qaydaları qəbul etməyən istifadəçinin qeydiyyat hesabını silə bilər.

Xatırladaq ki, “WhatsApp” qeydiyyat müqaviləsinə fərdi məlumatların “Facebook”a köçürülməsinə dair bənd əlavə edərək istifadəçilərinin tənqidinə səbəb olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png