ONN İnformasiya Agentliyi

WhatsApp on ildən çoxdur gözlənən yeniliyi TEST EDİR

WhatsApp on ildən çoxdur gözlənən yeniliyi TEST EDİR
10 Fevral 2021 - 23:25

Populyar mesencerlərdən olan WhatsApp tezliklə köhnəlmiş problemlərdən birini həll edəcək. Bəllidir ki, bu tətbiqi bir neçə qurğuda eyni zamanda işlətmək mümkün deyil.

ONN media  bildirir ki, WABetaInfo portalı şirkətin bu problem üzərində işlədiyini yazıb.

Proqramın yeni, 2.21.30 beta-versiyasında bu imkanın əsas hissəsi –  WhatsApp hesabına qoşulmuş qurğuda akkauntdan çıxış funksiyası test olunur. Hazırda bir qurğuda WhatsApp hesabından çıxmaq üçün gərək qurğudan tətbiqi tamamilə siləsən, sonra isə başqa qurğuda yenilənmiş məlumatlarla birgə yükləyəsən.

WhatsApp tətbiqin bir neçə qurğuda eyni zamanda istifadəsi ilə yanaşı, tamhüquqlu veb-müştərini də test edir. Yəni sonuncu üçün smartfonun qoşulması şərt deyil. Hazırda mesencer konkret qurğuya və telefon nömrəsinə bağlıdır.

Hələlik funksiya beta-testdən keçirilir. WhatsApp-ın sabit versiyası bir müddət sonra bir neçə qurğuda işləyə biləcək, ancaq konkret vaxt hələ açıqlanmayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png