ONN İnformasiya Agentliyi

“Whatsapp”da daha bir funksiya işə düşdü

“Whatsapp”da daha bir funksiya işə düşdü
07 Dekabr 2021 - 14:59

“WhatsApp”da ismarıcların silinməsi ilə bağlı yeni funksiya tətbiq olunub.

ONN media xəbər verir ki, bundan sonra ismarıclar istifadəçinin təyin etdiyi müddət ərzində avtomatik silinəcək. Xüsusi komanda ilə işə salınacaq funksiya ismarıcları 24 saat, 1 həftə, yaxud 90 gün sonra silir.

Belə ki, Android və ya iOS ilə çalışan telefonlarda funksiyanı açmaq və yaxud söndürmək üçün “Parametrlər”, sonra şəxsi hesabdan “Məxfilik” bölməsinə, orada da “Silinən ismarıclar” bölməsinə daxil olmaq gərəkdir.

Xatırladaq ki, ismarıcları silən funksiya ötən il tətbiq olunub və indiyədək hər çatda ayrıca işə salınırdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png