ONN İnformasiya Agentliyi

Yaponlar koronavirusu aşkarlayan maska hazırladı

Yaponlar koronavirusu aşkarlayan maska hazırladı
08 Dekabr 2021 - 14:19

Yapon mütəxəssislər ultrabənövşəyi şüa altında Kovid-19-u aşkar edə bilən üz maskası hazırlayıblar.

ONN media xəbər verir ki, Yaponiyanın Kyoto Dövlət Universitetinin mütəxəssisləri bədəndəki yad formasiyaları zərərsizləşdirən antikor və ya zülal istehsal edə bilən dəvəquşu yumurtalarından istifadə edərək Kovid-19-a diaqnoz qoya bilən üz maskası hazırlamağa nail olub.


Dişi dəvəquşulara koronavirusun aktiv və təhlükəli olmayan formasını yeritməklə, alimlər quşların yumurtalarından yüksək səviyyədə anticisimlər çıxara biliblər.
Hazırladıqları xüsusi filtri üz maskasına əlavə edən mütəxəssislər dəvəquşu yumurtalarından əldə edilən Kovid-19 anticisimlərini maskanın üzərinə səpərək ixtiranın effektivliyini yoxlayıblar. Maskanın ultrabənövşəyi şüa altında virusa reaksiya verməsini bacaran komanda, maskadan istifadə edən şəxsin virusla təmasda olduğu halda maskanın parıldadığını və bunun müsbət nəticəyə işarə etdiyini bildirib.

Bildirilib ki, maska 10 günlük sınaq müddətində Kovid-19-a yoluxmuş 32 subyektlə virusu aşkarlaya bilib.

Maskanın gələn il hökumətin təsdiqindən sonra satışa çıxarılması planlaşdırılır. Bildirilir ki, maska hər kəs üçün əlçatan olarsa, Kovid-19 sınaq prosesində yeni zəmin yarada bilər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png