ONN İnformasiya Agentliyi

Yaqub Zurufçunun dəfn yeri ilə bağlı nazirlikdən AÇIQLAMA

Yaqub Zurufçunun dəfn yeri ilə bağlı nazirlikdən AÇIQLAMA
14 Sentyabr 2021 - 21:42

“Əməkdar artist Yaqub Zurufçunun harada dəfn olunacağına ailə üzvləri qərar verəcək”.

ONN media  xəbər verir ki, bu barədə “Report”a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, əməkdar artist bu gün müalicə aldığı “Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.

Xatırladaq ki, Y.Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub.

Əməkdar artist 1956-cı il aprelin 8-də İran İslam Respublikasının Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. O, ABŞ vətəndaşı olmaqla bərabər, 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb. 17 sentyabr 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına adına layiq görülüb.

Ailəli idi, 3 övladı var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png