ONN İnformasiya Agentliyi

Yay dovğası resepti

Yay dovğası resepti
28 May 2021 - 18:19

Tərkibi:

3 l – Qatıq
1 l – Su
2 ədəd – Yumurta
150 qr – Yumru düyü
20 qr – Un
35 qr – Duz
35-40 qr – Keşniş
35-40 qr – Şüyüd
35-40 qr – Dağ keşnişi
70 qr – İspanaq
35-40 qr – Nanə
20 qr – Tərxun

Hazırlanması:

Göyərtiləri seçirik, təmiz yuyuruq, quruduruq və xırda-xırda doğrayırıq. Qatığı dərin bir qazana tökürük, taxta çırpıcı ilə qarışdırırıq. Daha sonra yumurta, yumru düyü, un , su əlavə edirik və qarışdırırıq. Qazanı plitəyə qoyuruq, taxta qaşıqla qaynayanadək qarışdırırıq.

Qaynama prosesi başladıqdan sonra qarışdırmaya davam edərək altını biraz qısırıq, əvvəlcədən hazırladığımız göyərtiləri əlavə edirik. Düyünü yoxlayırıq, əgər o bişibsə, duz əlavə edirik və dovğamız hazırdır.

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png