ONN İnformasiya Agentliyi

Yeni evlənən cütlüyə “cadu” edildi və…

Yeni evlənən cütlüyə “cadu” edildi və…
25 Oktyabr 2021 - 14:12

Abşeron rayonunda yeni evlənmiş cütlüyə cadu edilməsi ilə bağlı iddialar yayılıb.

ONN media  xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri fotolar paylaşıb.

Qeyd olunub ki, bəy və gəlinə cadu edilməsi üçün gəlinciklərdən istifadə edilib. Gəlinciklərin Saray qəsəbəsində tapıldığı bildirilir.

Xatırladaq ki, yerli məhkəmələrdə cadu etmək adı ilə insanlardan külli miqdarda pul alan şəxslərlə bağlı kifayət qədər cinayət işi açılıb.

Qeyd edək ki, son olaraq belə dələduzlardan biri Bakı şəhər sakini Gülarə Abıyeva oktyabrın 10-da Ağstafada saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, G.Abıyeva Ağstafa rayonuna gələrək rayon sakini bir nəfərə qohumlarının məzarında cadu olduğunu bildirib. Onun rayon sakinindən cadunun tapılmasına görə ümumilikdə 4.000 manat pul aldığı üzə çıxıb. Dələduzluq edən qadın 3-cü cəhdində polis əməkdaşları tərəfindən ələ keçirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png